Forum Like.aZ

Объявление

Www.Like.aZ

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » Forum Like.aZ » Umumi otaq » Xəbərlər


Xəbərlər

Сообщений 1 страница 10 из 10

1

Burada Oxuduğunuz Maraqlı Xəbərləri Bölüşə bilərsiz....

0

2

http://anspress.com/images/photos/15202.jpg

Pakistanda zorla ərə verilən 6 yaşlı qız uşağı xilas edilib. Yerli televiziya kanllarının məlumatına görə, hadisə Pəncab vilayətində olub. Zorla ərə verilən 6 yaşlı Uzma adlı qızı polis elə toy zamanı xilas edib.
Valideynləri qızı 23 yaşlı əmisi oğlu ilə evləndirmək istəyiblər.

Pəncab polisi azyaşlının toyu barədə onlara məlumat daxil olduqdan sonra gizli keçirilən toya basqın etdiklərini bildirib. Əməliyyat zamanı bəy, onun atası və qızın atası saxlanılıb.

Azyaşlının isə heç bir şeydən xəbəri olmadığı, onun çoxsaylı hədiyyələrlə aldadıldığı qeyd edilib.

0

3

http://anspress.com/images/photos/18258.jpg

Macarıstanda "Plastik əməliyyat gözəli" seçilib. "Miss plastik əməliyyat" müsabiqəsi paytaxt Budapeştdə keçirilib. "Austrian Times" in məlumatına görə, 22 nəfərin qatıldığı yarışın qalibi adını Aleksandra Vozçik qazanıb. 24 yaşlı Vozçik sinəsini böyütmək üçün keçirdiyi çox səliqəli əməliyyata görə qalib olub.

Müsabiqənin qalibi yarışın 2011-ci ilin yanvar ayında keçiriləcək beynəlxalq mərhələsində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müsabiqədə iştirak etməyin əsas şərti plastik əməliyyat keçirməkdir. Xüsusilə omba, sinə və burun əməliyyatı keçirən qadınlara üstünlük verilir. Qızlar qalib adı uğrunda mübarizəyə başlamaq üçün münsiflər heyətinə plastik əməliyyat haqqında sənəd təqdim etməlidirlər.

0

4

http://lent.az/photo/Binadan-yixilan-shehla.jpg

Boşluqda üzüaşağı uçan qız “ana-a-a-a” qışqırırmış...

Özünü 19 mərtəbəli binanın damından yerə atmış 17 yaşlı məktəbli, 11-ci sinif şagirdi Şəhla Hüseynova bu gün dəfn olunub.
Şəhla həyatdan gedərkən özündə sonra bir çox cavabsız suallar qoyub, valideynləri və yaxınları onun bu addımı hansı səbəbdən atdığını bilmirlər.

Şəhla Hüseynovanın ailəsi Süleyman Rüstəmov küçəsində 69 saylı darısqal həyət evində yaşayır. Ancaq bu ailənin kasıb həyat tərzi yaşadığını söyləmək olmaz, valideynləri Şəhlanın ürəyini qırmayıblar. Ailənin iki övladı - Şəhla və onun 4 yaşlı kiçik qardaşı olub. Şəhla həm xarici görünüşcə, həm də daxilən gözəl olub. O, həm də evlərindən 20-30 addım kənarda yerləşən 42 saylı məktəbin ən yaxşı şagirdlərindən biri olub. Şəhlanın öldüyü günün axşamı valideynləri onun sınaq imtahanında 652 bal topladığını öyrəniblər. O, universitetin iqtisadiyyat fakültəsinə qəbul olunmağı arzu edirmiş.

Göz yaşı tökən doğmaları təəccüb içindədirlər ki, belə şən və həyatsevər Şəhla necə olub ki, bu cür ağır bir qərara gəlib. Qonşular deyiblər ki, belə üzüyola, sevimli və tərbiyəli qızı hər bir valideyn arzulayar. Şəhla həmişə dərsləri və ev işləri ilə məşğul olub, kiçik qardaşına diqqət ayırıb. Qonşulardan biri deyib ki, o, heç vaxt boş-boş gəzməyib, valideynləri də heç vaxt ona etiraz etməyib, tez-tez müxtəlif tamaşalara gediblər. Atası Əlibala Hüseynov isə hər ad günündə ona qiymətli hədiyyələr alıb.

Qeyd edək ki, Şəhlanın atası Əlibala Hüseynov Qarabağ müharibəsi veteranı və birinci qrup əlildir. O, Vətən uğrunda döyüşlərdə sol ayağını itirib. Ancaq buna baxmayaraq, ailəsinin qayğısına özü qalır. Şəhla da atasına çox bənzəyib. Atası qızını başına gələnlə bağlı danışmaq istəməyib, bu da başa düşüləndir. Şəhlanın yaxın qohumlarından olan Aytən bildirib ki, həmin gün ingilis dilinə hazırlıqla bağlı müəllim yanına getməyə hazırlaşıb. Şəhla alman dilini də öyrənirmiş: “O, çantasını da götürərək evdən çıxıb. Bir müddət sonra biz onun ölümü barədə dəhşətli xəbəri eşitdik”.

Maraqlıdır ki, Şəhlanın özünü atdığı hündür mərtəbəli və yeni tikilmiş bina Qulu Quliyev küçəsində, onun oxuduğu məktəbin qarşısındadır. Bu binanın sakinləri deyiblər ki, qız boşluqda üzüaşağı uçarkən “ana-a-a-a!” deyə qışqırırmış. Faciə yerində olmuş Nəsimi rayon 20-ci Polis Bölməsinin əməkdaşı isə Şəhlanın əllərinin arasında sıxılmış kağız aşkarlayıb. Kağızda “Kəlmeyi-şəhadət” yazılıb. Deməli, o, əvvəldən ölümə hazırlaşıb. Bəs nə üçün?

Polis işçiləri binanın damında Şəhlanın dəftərləri olan çantasını və mobil telefonunu tapıblar. Faciə haqqında ilk olaraq Şəhlanın dayısı Fuad Əbdürəhmanov xəbər tutub, ona polislər zəng açıblar. Şəhla müəllim yanına yox, tamam başqa tərəfə gedib...

“Vesti.az”-ın müxbiri binanın yüksəkliyini fotokamera ilə çəkmək istəyərkən mühafizəçilər ona mane olmağa çalışıblar və burada nə etdiklərini soruşublar. Müxbir bildirib ki, bu binadakı evə qonaq gəlib. Ancaq mühafizəçilər bildiriblər ki, bu binada yaşayan bütün insanları üzdən tanıyırlar və müxbirdən konkret kimin yanına gəldiyini soruşublar. Müxbir də mühafizəçilərin diqqətini və marağını görərək soruşub ki, nə üçün bu binada yaşamayan Şəhla Hüseynovanı qapıdan buraxıblar və o, hiss edilmədən binanın damına çıxıb. Ancaq bu sual cavabsız qalıb.

Nəsimi rayon prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Gunay Səlimzadə cinayət işini müstəntiq Elnur Cəfərovun apardığını bildirib. Nəsimi Rayon Prokurorluğunda “özünü ölüm həddinə çatdırma” (Cinayət Məcəlləsinin 125-ci maddəsi) maddəsi üzrə cinayət işi açılıb, təhqiqat davam etdirilir.

Bir məqam da diqqət çəkir. Şəhla Hüseynova kəlləyə bənzəyən müxtəlif oyuncaqlar yığmağı xoşlayıb (bəlkə də heykəltəraşlığa hazırlaşırmış)və bəzi uşaqlar kimi dərsdən sonra qorxulu filmlərə baxmağın əleyhinə olmayıb. Ancaq bu filmlərdəki qəddarlıq, zorakılıq elementlərinin insana şüuraltı mənfi təsir etdiyi də məlumdur. Ancaq demək çətindir ki, Şəhla Hüseynovanın özünə qəsd etməsində məhz bu amil rol oynayıb.

Yəqin ki, Şəhlanın ölümü ilə bağlı suallara hüquq-mühafizə orqanları cavab tapacaqlar...

0

5

Fuad xeberini oxudum uwume tutdu meni :'( cox maraqlidir niye bele eliyib qiz...Umumiyyetle fikir versez eger axir zamanlar azyawlilar arasinda bele muemmali olumlerin sayi artir...

0

6

Bu İntahar xeberini oxudum heqiqeten çox pis oldum  :'(  Allah Rehmet Elesin... bele genclerin ölüm xeberi mene pis tesir edir e ((

0

7

http://anspress.com/images/photos/7159.jpg

Bir çox məhşur şou-biznes ulduzunun kompüterinə daxil olaraq onlara aid şəxsi foto-şəkilləri ələ keçirən və şantaj etməyə çalışan 2 haker polis tərəfindən yaxalanıb. Məlumata görə Almaniyada yaşayan türk əsilli 17 yaşlı Dəniz və onun alman tərəfdaşı 23 yaşlı Kris 50-dən ulduzun kompüterinə girməyə müvəffəq olub. Polis tərəfindən saxlanılan hakerlərin müsadirə edilən kompüterində Leydi Qaqa, Castin Timberleyk, Keşa və s. ulduzlara aid çılpaq şəkillər tapılıb.

2 nəfərlik kibercinayətkar dəstə şantaj yoluyla ulduzlardan pul qoparmağa çalışsa da, heç nə əldə edə bilməyiblər. Onlar, hər hakerin rahatlıqla istifadə edə biləcəyi “Trojan” virusu ilə ulduzların e-mail parolunu, musiqilərini və şəxsi foto-şəkillərini oğurlayıblar.

Qeyd edək ki, kibercinayətkarlar 2011-ci ildə məhkəməyə çıxarılacaq.

0

8

Fiko sag ol xebere gore:)

0

9

Moonlight написал(а):

Fiko sag ol xebere gore:)

deymez Nura :)

0

10

Bura kriminal hadısələr haqqında verlişdir? :question:

0


Вы здесь » Forum Like.aZ » Umumi otaq » Xəbərlər